https://525.az/img/pics/medium/2024-04/310192_f914g1xa5j.jpg Sən kim olmaq istəyirsən? - Günel İmran yazır
https://525.az/img/pics/medium/2024-04/308645_f5b2qp08pg.jpg Dilimiz - milli kimliyimiz
https://525.az/img/pics/medium/2024-04/310155_guuf806cop.jpg Üzeyir Hacıbəyli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə - Aysel Kərim yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Topçubaşov xəstəxanasında sığorta möhürü - Sosial şəbəkədə yazılanlar
search
16 Aprel 2024

Olimpiadaya lisenziya qazanmış idmançılarla bağlı qərar verildi

Olimpiadaya lisenziya qazanmış idmançılarla bağlı qərar verildi

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür" deyə almaniyalı funksioner vurğulayıb.

Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Lisenziyalardan 15-ni Azərbaycan idmançıları qazanıblar. Tokio-2020-də 11 min idmançı iştirak edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.