Dünya Bankı 2020-2022-ci illər üzrə Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.
"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, bu il ölkədə inflyasiyanın səviyyəsi ötənilki 2,6%-dən 3,3%-dək sürətlənəcək. 2021-ci ildə Azərbaycanda inflyasiya yavaşlayaraq 2,9%, 2022-ci ildə isə 2,8% təşkil edəcəyi gözlənilir.
Bankın proqnozlarına görə, bu il inflyasiyanın gözlənilən cüzi sürətlənməsi dünyada koronavirus pandemiyası səbəbindən uzun sürən ləngimiş tələb artımı effektini əks etdirir.