https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

"Qarabağ" rəhbərliyi və futbolçular Ağdamda

"Qarabağ" rəhbərliyi və futbolçular Ağdamda

“Qarabağ” klubunun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, futbolçulardan kapitan Rəşad Sadıqov, Maksim Medvedyev, Qara Qarayev, Mahir Emreli və Şahruddin Məhəmmədəliyev bu gün Ağdama səfərə gediblər.

Qol.az-ın məlumatına görə, onlar rayonun İmamverdilər, Çullu və Quzanlı kəndlərində olublar.

Qeyd edək ki, bu gün "Qarabağ" klubu koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib. Klub rəhbərliyinin, baş məşqçi və bir neçə futbolçunun maddi dəstəyi ilə 1500 nəfərlik ərzaq yardımı paketi hazırlanıb və rayon icra hakimiyyətinin verdiyi siyahı əsasında Ağdam kəndlərində paylanılmasına başlanıb. Bu prosesdə "Qarabağ" rəhbərliyi, Q.Qurbanov və futbolçular şəxsən iştirak ediblər.

Onlar Ağdamın icra başçısı Vaqif Həsənovla da görüşüblər.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.