Azərbaycanda sağlamlıq imkanlarının məhdudluğuna səbəb ola biləcək halların vaxtında müəyyənləşdirilməsi üçün beynəlxalq metodlar tətbiq ediləcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb.
Sənədə əsasən, uşaq inkişafının pozulması hallarının əvvəlcədən aşkarlanması istiqamətində diaqnostik metodikanın tətbiqi və sistemləşdirilməsi, erkən müdaxilə proqramlarının tətbiq edilməsi də təmin olunmalıdır.