Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrini təsdiqləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya MSK ümumxalq səsverməsinin nəticələri ilə bağlı yekun protokolu imzalayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin lehinə 77,92%, əleyhinə 21.27% səs verib.