https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salındı

Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salındı

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, UEFA "Drita" (Kosovo) ilə "Linfild" (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib.

Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb.

Buna qədər yarımfinalda "İnter"lə (Andorra) görüşdən əvvəl "Drita"nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı.

İsveçrənin Nyon şəhərində keçirilməli olan "Drita" - "Linfild" görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat mərhələsində Varşava "Legiya"sı (Polşa) ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.