|
|
|
|
Milli Məclisin təklifi və MDB Parlamentlərarası Assambleya (PA) Şurasının sədri, Rusiya Federasiya Şurasının Sədri Valentina Matkiyenkonun imzaladığı müvafiq əmrlə Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovada prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun rəhbəri təyin edilib.
MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda MDB PA-ya üzv ölkələrin nümayəndələrindən ibarət müşahidə qrupunun formalaşdırılması prosesi davam edir.
Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində iştirak üçün 13 namizəd qeydə alınıb.