https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

Azərbaycan Əsgərinə həsr olunmuş yeni layihə başlanıb

Azərbaycan Əsgərinə həsr olunmuş yeni layihə başlanıb

Azərbaycan Radiosunda rəşadətli ordumuzun qəhrəman əsgərlərinə həsr olunmuş yeni layihəyə start verilib.

Layihə 1-2 dəqiqəlik çarx şəklində ictimaiyyətə təqdim olunur. Çarxlarda əsgərlərin analarına, həmçinin tanınmış simaların əsgərlərə məktub-müraciətləri səslənir.

Hərbçilərimizin səsi olan "Əziz ana" layihəsində əsgərlərimizin dilindən analarına yazılan məktubları eşidə bilərsiniz. Müharibə ilə bağlı bu səsli məktublar bizə ordumuzun hər bir əsgərinin necə qəhrəmancasına şücaət sərgilədiyini xatırladır.

Həmin çarxlar efirə hər 15 dəqiqədən bir verilir. Yəni hər saat ən azı 4 çarx efirə gedir. Bu günə qədər 100-ə yaxın çarx hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.

Balaca oğlanın erməni faşistləri tərəfindən qətlə yetirilən bütün uşaqların adından danışdığı çarx isə xüsusi diqqətəlayiqdir.

Azərbaycan Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi şirkətin rəsmi sosial şəbəkə səhifələrində paylaşmaq məqsədilə həmin çarxları ekranlaşdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.