https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

“Azərbaycan xüsusi təyinatlılarının məhvi barədə məlumat yalandır” - Rəsmi

 “Azərbaycan xüsusi təyinatlılarının məhvi barədə məlumat yalandır” - Rəsmi

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

"Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.