Bunu BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib.
525.az-ın xəbərinə görə, Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft, Qaz və Media" konfransında Umud Rəhimoğlu bildirib ki, Azərbaycan qədim neft ölkəsi olduğu üçün ilk mətbu orqan "Əkinçi"dən indiyədək bu sahə diqqət mərkəzində olub.
"Ölkə jurnalistləri ilə yanaşı xarici media nümayəndələri də mətbuatda neft, qazla bağlı maraqlı yazılarla hər zaman çıxış ediblər"