Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər zamanı ölkə ərazisində buğda ununun qiymətlərində cüzi artım qeydə alınıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. "Unun qiymətlərində kiçik artım son vaxtlar dünya bazarlarında buğdanın bahalaşması ilə bağlıdır", - nazirlikdən deyiblər. Bununla yanaşı, monitorinqlər zamanı çörək istehsalı müəssisələri və pərakəndə ticarət obyektlərində çörəyin qiymətlərində artım aşkar olunmayıb. Dövlət Xidməti un və çörəyin qiymətləri ilə bağlı monitorinqləri davam etdirir.