Xəzəryanı ölkələr gələn il Xəzər dənizinin ekoloji auditini keçirəcəklər.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşin deyib.
O, Rusiya, Türkmənistan, İran, Azərbaycan və Qazaxıstanın hesablama-nəzarət orqanlarının birlikdə gələn il dənizin ekoloji auditini keçirəcəyini, yalnız bundan sonra Xəzərin istismarı nöqteyi-nəzərindən Rusiyanın maraqları barədə konkret danışmağın mümkün olacağını bildirib.