Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoyub, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.