525.Az

Pantomima Teatrı "d`Dorian"I təqdim etdi


 

Pantomima Teatrı "d`Dorian"I təqdim etdi<b style="color:red"></b>

Noyabrın 11-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa - "d`Dorian" təqdim olunub.

Teatrdan bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin "d, Dorian" (musiqi ladlarından biri) adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.

Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: onlar bir-birini görüblər, bəyəniblər, bələd olub vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Buna kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Budur... payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi gözündə qara eynək, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.

Tamaşa maraqla qarşılanıb.

ŞAHANƏ

 





14.11.2018    çap et  çap et