525.Az

AzMİU rektoru işçilərini yenə sevindirib


 

AzMİU rektoru işçilərini yenə sevindirib<b style="color:red"></b>

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.

 





18.12.2018    çap et  çap et