525.Az

Müharibədə iştirak edən tələbələrlə bağlı kitab təqdim olundu


 

Müharibədə iştirak edən tələbələrlə bağlı kitab təqdim olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Etibar Muradxanlının “Tələbə taqımı” romanının təqdimat mərasimi keçirilib.

Romanda hamımız üçün ağrılı olan bir məsələdən - Qarabağ hadisələrindən bəhs olunur. 

Modern.az xəbər verir ki, Mərasimdə yazıçılar Seyran Səxavət, İlqar Fəhmi, Elçin İsgəndərzadə, filologiya elmləri doktoru, professor Elman Quliyev, şairlər Qulu Ağsəs, Balayar Sadiq, Fərqanə Mehdiyeva, Həyat Şəmi, filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif Yusifli, tənqidçi Əsəd Cahangir, müəllifin dostları və oxucular iştirak ediblər. 

Yazıçı Etibar Muradxanlının “Tələbə taqımı” kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncərəsi” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir. Yüksək humanizm və dərin həyatsevərliklə aşılanmış bu əsərlər oxucunu vətəni sevməyə, qanunun aliliyinə hörmət etməyə, hallallığa səsləyir. “Siz mühasirədəsiniz, leytenant” kitabından sonra bu, yazıçının oxucularla ikinci görüşüdür.

 





15.01.2019    çap et  çap et