525.Az

Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib


 

Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib<b style="color:red"></b>

Hövsan qəsəbəsində yerləşən Mirzəağa Əliyev adına Mədəniyyət Evində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ölkəmizin tanınmış elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları də iştirak ediblər.

Tədbir çərçivəsində füzulişünas alimlərlə yanaşı, dosent Əzizağa Nəcəfzadənin "Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatın intellektual poeziyanın zirvəsi kimi", dosent Əkrəm Bağırovun "Orta əsr təzkirələrində Füzuli", böyük elmi işçi Sonaxanım Hadiyevanın "Füzuliyə yazılan təxmislər", elmi işçi Mircəfər Seyidovun "Müasir Azərbaycan nəsrində Füzuli təsiri" mövzularında məruzələri dinlənilib.

Daha sonra məruzəçilər şairin poetik irsinin özəlliklərindən, əsərlərindəki obraz palitrasından, qəzəl, qəsidə, müxəmməs və poemalarında sənətkarlıq məsələlərindən ətraflı söhbət açıblar.

Tədbir muğam ustaları tərəfindən Füzuli poeziyası nümunələrinin səsləndirildiyi konsert proqramı ilə davam edib.

ŞAHANƏ

 





15.01.2019    çap et  çap et