525.Az

Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir


 

CARİ İL ƏRZİNDƏ DAHA 6,4 MİNDƏN ÇOX ŞƏHİD HƏRBİ QULLUQÇUNUN VƏRƏSƏLƏRİNİN BİRDƏFƏLİK ÖDƏMƏ İLƏ TƏMİNATI HƏYATA KEÇİRİLƏCƏK

Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir<b style="color:red"></b>

Prezident İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçısının ötən il avqustun 2-də imzaladığı sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması dövr ərzində nazirliyin həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim etməsinə imkan verib.

Həmçinin, ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da verdiyi fərmanın icrası olaraq ötən ilin sonunadək artıq 3097 şəhid hərbi qulluqçunun 4190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 milyon manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.

Ünvanlı dövlət sosial yardım proqramının icrasında ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36854 ailə) azalaraq 42683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2  milyon manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 milyon manat vəsait xərclənib

Dövlət başçısının 2018-ci il dekabrın 19-da imzaladığı sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

C.ABASOV

 





18.01.2019    çap et  çap et