525.Az

Dövlət komitəsində məcburi köçkünlərin növbəti qəbulu


 

Dövlət komitəsində məcburi köçkünlərin növbəti qəbulu <b style="color:red"></b>

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu olub.

Komitədən verilən məlumata görə, qurumun sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı olub.

Məlumat verilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bildirilib ki, birinci vitse-prezident Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.

C.ABASOV

 





23.01.2019    çap et  çap et