525.Az

Belarusla Azərbaycan birgə süd məhsulları istehsal edə bilər


 

Belarusla Azərbaycan birgə süd məhsulları istehsal edə bilər<b style="color:red"></b>

Belarus Azərbaycana süd məhsullarının birgə istehsalının yaradılması imkanını nəzərdən keçirməyi təklif edib.

Trend-in məlumatına görə, bunu Belarusun baş nazir müavini Mixail Rusıy Minskdə səfərdə olan Gəncə şəhər icra hakimi Niyazi Bayramovla görüşü zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazisindən üçüncü tərəfin bazarlarına çıxış əldə etmək daha asandır.

Bundan başqa, tərəflər Gəncədə elektrobus istehsalının təşkil olunmasını müzakirə edib. Qeyd olunub ki, bu məsələ hazırda “Belkommunmaş” şirkəti ilə Gəncə avtomobil zavodu arasında nəzərdən keçirilir.

Eyni zamanda ölkələr Türkiyədə traktor istehsalı üzərində işləyir. Nazir müavini əlavə edib ki, aprel ayında ilkin nəticələr qiymətləndiriləcək.

 





23.01.2019    çap et  çap et