525.Az

"Artım"da yeni müzakirə


 

"Artım"da yeni müzakirə <b style="color:red"></b>

"Artım" layihə məkanında "Perpendikulyar həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar üçdən deyib" adlı müzakirə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı iştirakçılar ilə cəmiyyətdəki feminizm, həddən artıq istehlak, cinsi azlıq, ictimai qınaq kimi bir sıra müxtəlif aktual mövzuları müzakirə olunacaq. Müxtəlif fikirdə olan, fərqli mədəni və sosial düşüncələrə malik insanlar öz təcrübələrini bölüşüb bunu qrafik təsvirlər şəklində ifadə edəcəklər. Müzakirənin nəticəsi olan bu təsvirlər fərqli görünüşdə olan stikerlər şəklində ictimai məkanlarda nümayiş olunacaq.

Vüsal Əhmədovun məcazi mənalı "Atalar üçdən deyib" instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır. Rəssamın mövzuya olan subyektiv yanaşması onun materiallar seçiminə də təsirini göstərib.

 





13.02.2019    çap et  çap et