525.Az

Bilkənt Orkestri Eyyub Quliyevin dirijorluğu ilə konsert verdi


 

Bilkənt Orkestri Eyyub Quliyevin dirijorluğu ilə konsert verdi <b style="color:red"></b>

Türkiyənin ən böyük konsert zallarından biri olan Bilkent Konsert Salonunda 14 fevral Beynəlxalq Sevgililər Gününə həsr olunmuş təntənəli opera qala konserti keçirilb.
 
Konsertdə dünya şöhrətli Bilkent Simfonik Orkestri, Azərbaycanın Əməkdar artisti, Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və tanınmış opera müğənniləri, Ankara Dövlət Opera Teatrının solistləri - Feryal Türkoğlu (soprano), Ferda Yetişer (metso-soprano), Umut Kosman (bariton), Arda Doğan (tenor) çıxış ediblər.

Xatırladaq ki, bir neçə ay öncə bu konsert haqda məlumat verildikdən dərhal sonra biletlərin hamısı satılmışdı.

Anşlaqla keçən konsertdə dünya opera və operettalarının ən parlaq nümunələri - V.Mosartın “Don Juan”, C.Rossininin “Sevilya bərbəri”, J.Bizenin “Karmen”, C.Verdinin “Traviata”,  K.Sen-Sansın “Samson və Dalila”,  L.Delibin “Lakme” və “Sadizin qızları”, İ.Kalmanın “Fürstin çardaş”, F.Leqarın “Təbəssümlər diyarı”, həmçinin, dinləyicilərin marağını nəzərə alaraq, proqrama əlavə kimi, A.Lara, L.Denza, E.Kurtisin əsərlərini səsləndirib. Bunu qiymətləndirən dinləyicilər azərbaycanlı dirijoru və türkiyəli musiqiçiləri ayaqüstə alqışlayıblar.  Konsertin sonunda Azərbaycan və Türkiyənin görkəmli sənət və ictimai xadimləri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nümayəndələri musiqiçiləri təbrik edərək xoş hisslərini bölüşüblər.

ŞAHANƏ

 





17.02.2019    çap et  çap et