525.Az

Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara sosial xidmətlər göstərilir


 

Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara sosial xidmətlər göstərilir<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçirib.

Nazirlikdən verilən məlumata görə, mərkəz çətin həyat şəraitində olan, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb. Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması barədə tapşırıqlarını verib.

Hazırda nazirliyin sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri çərçivəsində 4 mindən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

CEYHUN

 





17.02.2019    çap et  çap et