525.Az

Kitabxanada uşaqlar üçün "Nağıl saatı"


 

Kitabxanada uşaqlar üçün "Nağıl saatı"<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında kiçik yaşlı oxucular üçün "Nağıllar dünyası" adlı "nağıl saatı" təşkil edilib.

Baş İdarədən bildirilib ki, "nağıl saatı"nda kitabxananın fəal oxucuları yazıçı Mirmehdi Seyidzadənin "Əqrəb və çanaqlı bağa" təmsilini səhnələşdirilmiş formada təqdim ediblər.

Kitabxananın əməkdaşı Xatirə Qəhrəmanova uşaqlara maraqlı nağıllar oxuyub, onlara nağıl qəhrəmanları haqqında suallar verib və düşüncələrini öyrənib.

Tədbirdə məqsəd uşaqların mütaliəyə maraqlarını artırmaq və onları kitabxanaya cəlb etməkdir.

 





21.02.2019    çap et  çap et