525.Az

Gəncədə bölgə gənclərinin həyat və karyera məsələləri üzrə seminar


 

"SƏNDƏN ÖTRÜ MİN YOL" ADLI LAYİHƏ HƏYATDA İLK SƏRBƏST ADDIMLAR ATMAĞA HAZIRLAŞANLARI MƏLUMATLANDIRMAQ İŞİNƏ XİDMƏT EDƏCƏK

Gəncədə bölgə gənclərinin həyat və karyera məsələləri üzrə seminar <b style="color:red"></b>

Gəncə şəhər Məhsəti Mədəniyyət Mərkəzində Göygöl Təhsil Mərkəzinin, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin və Gəncə Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi, gənclərə qarşılarına çıxan "min yol"dan birinin seçmək kimi tərəddüdlü anlarda yardım məqsədi daşıyan "Səndən ötrü min yol" layihəsi çərçivəsində seminar keçirilib.

Maarifləndirici tədbir həyat və karyerada artıq müəyyən uğurlar əldə etmiş insanların necə deyərlər, "təcrübəsini" gənclərə çatdırmaq və onların bu yolda qarşılarına çıxa bilən suallara hazırlıqlı olmasına yardım etmək məqsədi daşıyıb. Aralarında fiziki məhdudiyyətlilərin də olduğu bu "uğurlular" gənclər qarşısında çıxış edərək öz həyat hekayələrini onlarla bölüşüblər.

"Tədbirdə iştirak edən gənclərin uğur yolunun təməlini qoymaq kimi məsuliyyətli seçimlərinə yardım məqsədilə seminara öz hekayətlərini nəql edən 7 nəfər dəvət etmişik. Güman edirik, bu görüş cəmiyyətə səmərəli inteqrasiya və psixoloji hazırlıq məsələləri baxımından gənclərimizə faydalı olacaq" - deyə layihənin rəhbəri Nəzrin Allahverdiyeva bildirib.

Görüşdə işirak edən gənclər öz maraqlı ideyalarını da bir-birləri ilə bölüşüblər.

Zakir Muradov
Gəncə

 





21.02.2019    çap et  çap et