525.Az

Ermənistana məxsus taktiki PUA məhv edildi


 

Ermənistana məxsus taktiki PUA məhv edildi <b style="color:red"></b>

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

 





21.02.2019    çap et  çap et