525.Az

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşdü


 

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşdü<b style="color:red"></b>

Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib.
 
O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.

Mercy Tembon Dünya Bankı Qrupunun Azərbaycanla sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq, ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanıqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən, səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





21.02.2019    çap et  çap et