525.Az

Bolton Trampın Qolan yüksəklikləri barədə qərarını izah etdi


 

Bolton Trampın Qolan yüksəklikləri barədə qərarını izah etdi<b style="color:red"></b>

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Qolan yüksəkliklərinin İsrail ərazisi olduğu barədə qərarı Suriya və İrana yönələn qarşıdurma ilə izah edib.

Trend-in məlumatına görə, bu barədə C.Bolton “Twitter” səhifəsində yazıb.

C.Bolton qeyd edib ki, Suriya və İran rejimlərinin Qolan yüksəkliklərini idarə etməsinə icazə verilməsi İranın bölgədə sabitliyin pozulmasına yönələn fəaliyyətin göz yummaq deməkdir:

"İsrailin təhlükəsizliyini möhkəmləndirmək ümumi təhdidlərə qarşı birgə işləmək bacarığımızı gücləndirir”.

Qeyd edək ki, D.Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.

 





23.03.2019    çap et  çap et