525.Az

"Yanğının söndürülməsində iştirak edən mülki geyimlilər səhər növbədən çıxanlardır"


 

"Yanğının söndürülməsində iştirak edən mülki geyimlilər səhər növbədən çıxanlardır"<b style="color:red"></b>

Bəzi KİV-də və sosial şəbəkələrdə bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verən yanğının söndürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bunu "Trend"ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, həmin KİV-də və sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğının söndürülməsi vaxtı mülki şəxslərin köməyindən istifadə ediblər:

"Qeyd edim ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır. Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutub öz həmkarlarına köməyə gəliblər. Həmkarlarımızdan və sosial şəbəkə istifadəçilərin xahiş edirik belə həssas məsələlərdə diqqətli olsunlar".

 





26.03.2019    çap et  çap et