525.Az

Türk Dil Qurumunun sədri: “Azərbaycan və Türkiyə türkləri bir-birini çox yaxşı başa düşür”


 

Türk Dil Qurumunun sədri: “Azərbaycan və Türkiyə türkləri bir-birini çox yaxşı başa düşür”<b style="color:red"></b>

"Azərbaycan, Türkiyə, Şimali Kipr və İranda yaşayan Azərbaycan türklərinin əslində ortaq bir dili var. Biz bir-birimizi çox yaxşı başa düşürük".

ONA-nın xəbərinə görə, bunu Türk Dil Qurumunun sədri, professor Gürer Gülsev deyib.

"Bəzən mənə deyirlər ki, qazax, qırğız, hətta alman belə 3 ay ərzində Azərbaycan dilini öyrənib yaxşı danışa bilirlər, amma Türkiyə türkləri Azərbaycan türkcəsində onlar kimi danışa bilmirlər və yaxud da əksinə. Bilmirəm, buna sevinəkmi, ya kədərlənəkmi?! Düşünürəm ki, biz bir-birimizi çox yaxşı başa düşürük", - deyə G. Gülsev qeyd edib.

 





24.05.2019    çap et  çap et