525.Az

Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib


 

Həbsdə olan baş redaktor apellyasiya şikayəti verib<b style="color:red"></b>

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 19-a təyin edilib.

Qeyd edək ki, M.Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.

 





15.06.2019    çap et  çap et