525.Az

Milli Arxiv İdarəsində "Tarixin şanlı səhifəsi" xatırlanıb


 

Milli Arxiv İdarəsində "Tarixin şanlı səhifəsi" xatırlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Tarixin şanlı səhifəsi" mövzusunda tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə "Tarixin şanlı səhifəsi" adlı qısametrajlı film nümayiş olunub.

Daha sonra idarənin rəis müavini H.Həsənov bu əlamətdar günün əhəmiyyəti, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, onun Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətləndirindən, habelə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf edən, modern dövlətə çevrilməsindən danışıb.

Mövzu ətrafında çıxış edən Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru V.Tapdıqlı Heydər Əliyev irsinin milli mənəvi dəyərlərin formalaşdırılmasında rolu, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru K.Nəsibova Heydər Əliyevin Milli arxiv quruculuğundakı xidmətləri, İdarənin Beynəlxalq əlaqələr sektorunun müdiri G.Ağayarova Azərbaycanın beynəlxalq miqyasda imicinin müsbətə doğru dəyişməsində Heydər Əliyevin fədakar və misilsiz xidmətləri barədə iştirakçılara məlumat verib.

 





16.06.2019    çap et  çap et