525.Az

Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkəni çökdürüb”


 

Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkəni çökdürüb”<b style="color:red"></b>

İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edib və çökdürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

O, kiberşəbəkənin aşkar edilməsində İran təhlükəsizlik orqanları ilə yanaşı, digər ölkələrin də təhlükəsizlik orqanlarının əməkdaşlıq etdiyini bildirib.

Xarici kiber şəbəkənin çökdürülməsini “ABŞ üçün kiberşəbəkə sahəsində utancverici uğursuzluq”  adlandıran Ə. Şəmxani yaxın günlərdə bu şəbəkənin çökdürülməsi ilə bağlı geniş məlumat veriləcəyini qeyd edib.

 





18.06.2019    çap et  çap et