525.Az

Sabirabad mərkəzi bazarındakı yanğın söndürüldü - Yenilənib


 

Sabirabad mərkəzi bazarındakı yanğın söndürüldü - <b style="color:red">Yenilənib </b>

Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.

Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.

*** 07:32

Sabirabad rayonunda güclü yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 





16.07.2019    çap et  çap et