525.Az

Meyvə-tərəvəz ixracı artırılıb


 

Meyvə-tərəvəz ixracı artırılıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə dəyəri 318,4 mln. ABŞ dolları təşkil edən 325,1 min ton meyvə-tərəvəz ixrac edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 41,7 mln. dollar və ya 15,1%, həcmi isə 25,4 min ton və ya 8,5% artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (129,3 min ton), meşə fındığı (12,6 min ton), alma (39,4 min ton) və xurma (23,8 min ton) təşkil edib.

 





16.07.2019    çap et  çap et