525.Az

İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib


 

İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib<b style="color:red"></b>

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

 





16.07.2019    çap et  çap et