525.Az

“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondundan Keşikçidağ insidenti ilə bağlı birgə bəyanat


 

“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondundan Keşikçidağ insidenti ilə bağlı birgə bəyanat<b style="color:red"></b>

“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu son günlər “Keşikçi dağ” ətrafında baş vermiş olaylarla bağlı birgə bəyanat yayıb.

Musavat.com-un məlumatına görə, həmin bəyanatda deyilir:

"Regionda yeni münaqişə ocağı yaratmaq istəyənlərin fəaliyyəti nəticəsində “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycan sərhədçilərinə qarşı təxribat törədilib. Məqsəd Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Azərbaycan və Gürcüstan dövlətlərini qarşı-qarşıya qoymaqdır. Təxribatçılar iki dost ölkə arasında ehtirasları qızışdırmaq və qarşıdurma yaratmaq məqsədi daşıyırlar. Ancaq inanırıq ki, bu cür təxribatçılar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki iki ölkə arasında olan əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi sadəcə xoş olan arzulara və yaxşı niyyətlərə yox, tarixi köklərə əsaslanır.

Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq. Bu gün ölkələrimiz arasında çox uğurlu əməkdaşlıq formatı yaradılıb. Hər iki ölkə bütün taleyüklü məsələlərdə bir-birinin yanında olub, bir-birinə öz dəstəyini göstərib və bundan sonra da belə olacaq. İnanırıq ki, gələcəkdə də böyük güclərin regionda olan geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri iflasa uğrayacaq. Bu cür insidentlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmaq iqtidarında deyil. Biz - Azərbaycan və gürcü xalqları ölkələrimizə və qardaşlığımıza qarşı düzənlənən provakasiyalara uymamalı, hər zaman olduğu kimi birlik və bərabərliyimizi nümayiş etdirməli, iki ölkə arasında tarixi dostluq və qardaşlıq bağlarımızı qorumalıyıq. “20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu sərhəd məntəqəsində baş verən insident zamanı xidməti vəzifəsini yerinə yetirən əsgərə qarşı edilən hərəkəti şiddətlə qınayır, xalqlarımız arasında olan dostluğun daha da möhkəmləndirilməsi yolunda ölkələrimizə uğurlar diləyirik".

 





19.07.2019    çap et  çap et