Venesuelanın vitse-prezidenti Delsi Rodrigez Moskvaya səfər edəcək.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin xəbərinə görə, Venesuelanın vitse-prezidenti səfəri çərçivəsində avqustun 21-də Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.