525.Az

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü


 

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü<b style="color:red"></b>

Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb.

Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

 





27.08.2019    çap et  çap et