Xəzər rayonunda "Sahil" xəttindən qidalanan qaz xəttində bu gün səhər saatlarında qaz sızması aşkarlanıb.
Bu barədə APA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, sızmanın aradan qaldırılması ilə bağlı olaraq bir müddət Mərdəkan, Şüvəlan qəsəbələrinin bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.