525.Az

"İkinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb"


 

"İkinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb"<b style="color:red"></b>

“2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.

Nazir qeyd edib ki, Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb.

 





11.09.2019    çap et  çap et