525.Az

Nazir: "Qeyri-neft sektorunda artım ürəkaçan deyil"


 

Nazir: "Qeyri-neft sektorunda artım ürəkaçan deyil"<b style="color:red"></b>

Son 3 il ərzində Azərbaycanın qeyri-neft sektorunda artım ürəkaçan deyil.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, bunun əsas səbəbləri kimi maliyyələşmə ilə bağlı problemlərdir: “Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 mln. manat verilib, ilin sonuna qədər 170 mln. manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 mln. manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir”.

 





17.10.2019    çap et  çap et