525.Az

Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək


 

Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək<b style="color:red"></b>

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Bu içkilərin tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

 

 





08.11.2019    çap et  çap et