525.Az

"Buta Airways"in İstanbula uçan təyyarəsi təcili Bakıya qayıdıb


 

"Buta Airways"in İstanbula uçan təyyarəsi təcili Bakıya qayıdıb<b style="color:red"></b>

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alınıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

"Buta Airways"dən “APA-Economics”ə verilən məlumata görə, təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

 





20.11.2019    çap et  çap et