525.Az

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat etdi


 

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat etdi<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, uzun zamandır, xəstəlikdən əziyyət çəkən  1940-cı il təvəllüdlü Y. Büyükanıt bu gün səhər saatlarında evində ölüb.

Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib.

Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.

 





21.11.2019    çap et  çap et