525.Az

Badamdardakı sürüşmənin səbəbi açıqlanıb


 

Badamdardakı sürüşmənin səbəbi açıqlanıb<b style="color:red"></b>

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

"Report"un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O deyib ki, ilkin araşdırmaların nəticələrinə görə, sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.

Araşdırma və müşahidələr davam etdirilir.

 





09.01.2020    çap et  çap et