525.Az

DİN: Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb


 

DİN: Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb<b style="color:red"></b>

Yanvarın 6-da Şəmkir rayonunun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıtda müəyyən edilib və o, ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 





10.01.2020    çap et  çap et