525.Az

Qazaxıstanda təyyarə qəzası ilə bağlı əsas versiyalar açıqlanıb


 

Qazaxıstanda təyyarə qəzası ilə bağlı əsas versiyalar açıqlanıb<b style="color:red"></b>

Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsinin Almatı Hava Limanı yaxınlığında qəzaya uğraması ilə bağlı əsas versiyalar açıqlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Baş Nazirinin müavini Roman Sklyar bildirib ki, meteoroloji informasiya və qara qutudan əldə edilən məlumata əsasən, qəza ilə bağlı əsas versiya kimi təyyarənin buz bağlaması ehtimal edilir.

Onun sözlərinə görə, digər versiyalar arasında təyyarədə kommersiya yüklənməsi, istismar qaydalarının pozulması, hava şəraiti - küləyin yayınması, hava axını və buzlanma, habelə texniki pilotluqda ekipajın səhvi və aviasiya texnikasının çalışmaması yer alıb.

Xatırladaq ki, dekabrın 27-də Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

 





10.01.2020    çap et  çap et