525.Az

Ankarada Nəsimi ilinin bağlanış mərasimi keçirilib


 

Ankarada Nəsimi ilinin bağlanış mərasimi keçirilib<b style="color:red"></b>

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Ankara şəhərində yekun mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil edilən mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor, ssenarist Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunub.

Mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, nəsimisevərlər iştirak ediblər. Görkəmli kinorejissor Həsən Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatından sonra “Nəsimi” filmi göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin məlum sərəncamı əsasında 2019-cu ilin Nəsimi ili elan edilməsi münasibətilə Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər, kitab təqdimatları, o cümlədən tamaşalar göstərilib.

 





16.01.2020    çap et  çap et