525.Az

Daşkənddə görkəmli müğənni Zeynəb Xanlarova haqqında “Dünyanı gəzir Zeynəbin səsi” kitabı çap edilib


 

Daşkənddə görkəmli müğənni Zeynəb Xanlarova haqqında “Dünyanı gəzir Zeynəbin səsi” kitabı çap edilib<b style="color:red"></b>

Daşkənddə Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova haqqında Tursuntoş Jabborovanın özbək dilində “Dünyanı gəzir Zeynəbin səsi” adlı kitabı çap edilib.
Kitabın məsul redaktoru və “Ön söz”ün müəllifi akademik Okilxon Salimovdur.

AZƏRTAC xəbər verir ki, “Kafolat print company” nəşriyyatında çap edilən kitabda Zeynəb Xanlarovanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, müğənninin Özbəkistanda da çox sevildiyini bildirilir. Qeyd olunur ki, məhz bu sevginin nəticəsidir ki, 1976-cı ildə Zeynəb Xanlarovaya Özbəkistanın Xalq artisti adı verilib.

Nəşrdə müğənninin opera sahəsindəki fəaliyyəti, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarda və digər səhnə əsərlərində uğurla çıxış etməsi haqqında söhbət açılır, onun mahnı yaradıcılığına xüsusi diqqət yetirilir. Bildirilir ki, müğənni Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və digər bəstəkarların mahnılarını məharətlə ifa edib.

 





16.01.2020    çap et  çap et